Rutte və Tramp Qrenlandiyanı müzakirə ediblər

post-img

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Qrenlandiya və Arktika bölgəsindəki təhlükəsizlik məsələlərini müzakirə edib. Rutte bu barədə X sosial şəbəkəsində məlumat verib.

Xəbəri “Anadolu” yayıb.  

Baş katib tərəflərin bu cür əlaqələri, xüsusən də 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda davam etdirəcəklərini vurğulayıb. 

Yanvarın əvvəlində Tramp Danimarka Krallığının tərkibindəki muxtar ərazi olan Qrenlandiyaya olan marağını yenidən canlandıraraq, “milli təhlükəsizlik səbəbləri ilə” onun Vaşinqtonun nəzarəti altında olmasını bəyan edib. Bu, ABŞ ilə onun Avropa müttəfiqləri, o cümlədən Danimarka və NATO ölkələri arasında ciddi fikir ayrılıqlarına səbəb olub.

Danimarka və Qrenlandiya adanın nəzarətini ABŞ-a təhvil vermək cəhdlərini qəti şəkildə rədd edir, suverenlik hüquqlarını və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü vurğulayırlar.

Bundan əvvəl, Belçika da daxil olmaqla, bir sıra Avropa ölkələri Danimarkanın xahişi ilə Qrenlandiyaya kiçik hərbi kontingentlər və zabitlər göndərmişdilər.

P.ƏMİRCANOV
XQ

Dünya