ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadan gələn mallara tətbiq edilən tarifləri 15 faizdən 25 faizə qaldırdığını açıqlayıb. Məlumatı “İnterfaks.ru” verib.
Tramp “Truth Social”-da yazıb: “Koreya parlamenti tarixi ticarət müqaviləmizi təsdiqləmədiyi üçün mən bununla Cənubi Koreya avtomobillərinə, taxta materiallarına, əczaçılıq məhsullarına və qarşılıqlı tariflərə məruz qalan bütün digər mallara tarifləri 15 faizdən 25 faizə qaldırıram”.
Amerika liderinin sözlərinə görə, Cənubi Koreya qanunverici orqanı Vaşinqton qarşısındakı öhdəliklərini yerinə yetirmir.
Cənubi Koreyanın prezident administrasiyası isə ABŞ-dan tarifləri qaldırmaq qərarı barədə məlumat alınmadığını bildirib: “İndiyə qədər ABŞ hökumətindən detallarla bağlı heç bir rəsmi bildiriş və ya izahat alınmayıb”.
P.ƏMİRCANOV
XQ

