Yılmaz: Türkiyə qeyri-müəyyənlik dövründə münaqişələrdən uzaq durur

post-img

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Anadolu” agentliyinə bildirib ki, ölkəsi diplomatiyaya üstünlük verir və qlobal qeyri-müəyyənlik fonunda münaqişələrdən uzaq durur.

Vitse-prezident qeyd edib ki, Antyalya Diplomatik Forumu institutların zəiflədiyi, beynəlxalq hüququn pozulduğu, münaqişələrin və geosiyasi gərginliyin gücləndiyi bir vaxtda keçirilir.

“Bu, həm siyasi, həm də iqtisadi sahədə böyük qeyri-müəyyənlik yaradır və riskləri artırır. Bu mühitdə Türkiyə prezidentimizin rəhbərliyi altında, bir tərəfdən, bu gərginlikdən kənarda qalır, sabitliyi qoruyur və təhlükəsiz sığınacaq statusunu gücləndirir. Digər tərəfdən, bu qeyri-müəyyənlik atmosferində münaqişələrə deyil, diplomatiyaya rəhbərlik edir”, - deyə Yılmaz bildirib.

P.ƏMİRCANOV
XQ

 

Dünya