Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 16-da Bakıda və Abşeron yarımadasında gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 9-14° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.
Q.QASIMOV
XQ