Şəki Dövlət Dram Teatrında polşalı dramaturq Slavomir Mrojekin “Xoşbəxt hadisə” pyesi əsasında səhnələşdirilmiş eyni adlı tamaşaya ictimai baxış olub.
Teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova bildirib ki, tamaşa Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar artist Xanlar Həşimzadənin 50 illik uğurlu səhnə fəaliyyəti və 70 illik yubileyinə həsr olunub.
Əsəri dilimizə Vaqif Aslan çevirib. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Elman Rəşidov, baletmeysteri isə Çingiz Novruzəliyevdir. Səhnə əsərində rolları əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, aktyorlar Xəyal Salahov, Nazilə İmamhüseynova və Ömər Salahov ifa edirlər.
S.FİDAN
XQ