Dendrologiya İnstitutu beynəlxalq konfrans keçirəcək

post-img

Oktyabrın 29-da ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu “İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişafı” adlı beynəlxalq konfrans keçirəcək.

XQ xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi, Rusiya Federasiyası Baş Botanika Bağı, Amerika Massaçusets Universiteti Kənd Təsərrüfatı Kolleci, Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutu, Qazaxıstan Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Özbəkistan Alfarangus Universiteti, Pakistan OAK Consulting Organization, Türkiyə Erzurum Texniki Universitetinin təşkilatçılığı ilə baş tutacaqdır.

Konfransın əsas məqsədi Qarabağ iqtisadi rayonu biomüxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi, onun qorunması, saxlanması, inkişafı, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi və bərpası, antropogen təsirlərin biomüxtəlifliyə göstərdiyi təsirlərin elmi əsaslarla aradan qaldırılması
istiqamətində təddiqatlar aparılması, həmçinin regionda dayanıqlı ekoloji inkişafı təmin edən elmi tədqiqatların nəticələrinin tətbiqi, eləcə də bu sahənin elm adamları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün elmi platformanı formalaşdırmaqdan ibarətdir.

Konfransın mövzuları

1. Qarabağ iqdisadi rayonu ərazisində təbii biomüxtəlifliyin müasir vəziyyəti
və onun qiymətləndirilməsi;

2. Ekosistemlərin çirklənməsində biotik, abiotik və antropogen amillərin rolu;

3. Meşə ekosistemlərinin müasir fitosanitar vəziyyəti;

4. Biosenoz, biotik qruplaşmaların qorunması strategiyaları;

5. Həssas ekosistemlərin bərpasında reintroduksiyanın (nadir və nəslikəsilməkdə olan növlərin təbii mühitə qaytarılmasının) əhəmiyyəti;

6. Torpaq və su ekosistemlərinin monitorinqi və idarə olunması;

7. İqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri və adaptasiya mexanizmləri;

8. Ekosistem xidmətlərinin qiymətləndirilməsi və davamlı istifadəsi;

9. Rəqəmsal texnologiyaların, coğrafi informasiya sistemlərinin və uzaqdan
zondlama metodlarının tətbiqi;

10. Biomüxtəlifliyin qorunmasında yerli icmaların və ekoturizmin rolu
Konfrans 29 oktyabr 2025-ci ildə keçiriləcəkdir.

27 avqust 2025-ci il məqalə və tezislərin təqdim edilməsi 15 oktyabr 2025-ci il – məqalə və tezislərin son təqdim edilmə tarixi Məqalə və tezislərin tərtibinə qoyulan tələblər:

Soldan, sağdan, aşağıdan və yuxarıdan 2 sm, A4 formatda 

Yazı tipi: Times New Roman, Şrift: 12

Tezisin həcmi: maksimum 2 səhifə

Məqalənin həcmi: 3-7 səhifə

Tezis və məqalələrin göndərilmə ünvanı: [email protected]

Konfransın veb saytı: esbfs2025.com.az

Əlaqə:  051 329 01 00; 012 554 30 89

Dendrologiya İnstitutunun məlumatı

Əlaqə: (012) 554 30 89,  (077) 300 31 73

[email protected]         

dendrologiya.az

Elm