“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324 (Cild I); 2024, № 1, maddə 22, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddə 1369; 2025, № 2, maddə 129) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 8.18-ci və 8.26-cı bəndlərində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddə 1369; 2025, № 2, maddə 125) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667, № 12 (II kitab), maddə 1370) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.5.1-ci, 2.5.2-ci, 2.5.3-cü (hər iki halda), 2.5.4–2.5.6-cı və 2.6.3-cü yarımbəndlərində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
4. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 350 nömrəli Fərmanı) 1.1.12-ci (hər iki halda) və 1.1.13-cü (hər iki halda) yarımbəndlərində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
5. “Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) adında, 1-ci hissəsində və 2.1-ci bəndində “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842 (Cild I) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin 4.4.3.3-cü abzasında “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718 (Cild I); 2024, № 6 (I kitab), maddə 660, № 12 (II kitab), maddə 1383) ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.7-ci yarımbəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1-ci hissənin dördüncü abzasında, 2-ci hissənin doqquzuncu abzasının ikinci və üçüncü cümlələrində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
8.2. 4-cü hissə üzrə:
8.2.1. 4.3.1-ci, 4.3.3-cü, 4.3.5-ci, 4.4.7-ci və 4.4.11-ci yarımbəndlərdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
8.2.2. 4.3.4-cü yarımbənddən “18 yaşınadək” sözləri çıxarılsın.
9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374 (Cild I) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı” hissəsinin 5.3.5-ci, 5.3.6-cı, 5.4.11-ci, 5.4.13-cü və 5.4.15-ci yarımbəndlərinin “Tədbirin adı” sütununda “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1218 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 3-cü hissəsinin on ikinci abzasının yeddinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2025-ci il