Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (I kitab), maddə 1134) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.6-1-ci və 1.7-1-ci bəndlər əlavə edilsin:

“1.6-1. həmin Qanunun 6.3-cü maddəsində, 12.3-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə kiçik və orta biznes evlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

“1.7-1. həmin Qanunun 10.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;

1.2. 1.8-ci bənd ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2026-cı il

Fərmanlar