Polis əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Məlumatı DİN-in mətbuat xidməti verib.
Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ