İran millisinin hücumçusu Sərdar Azmun heyətdən kənarlaşdırılıb.
XQ "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Sərdar Azmun ölkəyə xəyanət ittihamı ilə İran milli futbol komandasının heyətindən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.
Məlumata görə, buna səbəb hazırda BƏƏ-nin Şabab Əl-Əhli klubunda çıxış edən futbolçunun sosial şəbəkədə Dubay rəhbərliyi ilə bağlı paylaşımının rəsmi dairələrdə narazılıq doğurması olub.
Qeyd olunur ki, qərar qüvvədə qalarsa, 31 yaşlı forvard dünya çempionatı mərhələsində iştirak edə bilməyəcək.
Tacir SADIQOV
XQ

