Oğlunu itirən, təskinliyi olmayan atadan çağırış

post-img

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Elşad Hacıyev fb sosial şəbəkəsində “Təskinliyi olmayan atadan çağırış” adlı paylaşım edib. 

Paylaşımda deyilir: “Övlad itkisi ən ağır sınaqdır. Rüstəmi itirən ata Şahin İsmiyevin kədərini bölüşür, ailəsinə Allahdan səbir diləyirik”. 

Avtomobil qəzasında oğlu Rüstəmi itirən ata Şahin İsmiyev isə gənclərə etdiyi çağırışda  deyir: “Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?!.. Bir az da valideynləri, geridə qalanları düşünün!..”

Biz də bu çağırışa qoşuluruq, gənclərə müraciət edərək bildiririk ki, avtomobil idarə edərkən qanunlara əməl edin, sürət həddini aşmayın, həyatınızı təhlükə, valideynlərinizi isə ağır sınaq qarşısında qoymayın!..

P.ƏMİRCANOV
XQ

Hadisə