Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınmışdır.
XQ komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı bundan öncə etdiyi səfər zamanı əl yükləri üzərində mövcud olan birkaları saxlamış, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, artıq yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq “Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəmişdir.
Gömrük əməkdaşı tərəfindən vətəndaş “Qırmızı kanal”a yönləndirilmiş və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunmuşdur.
Yoxlama zaman həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilmişdir.

