Slovakiyada keçirilən böyüklər arasında Avropa çempionatında ölkəmizi uğurla təmsil etmiş yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.
İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının əməkdaşları, jurnalistlər, azarkeşlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Xatırladaq ki, idmançılarımız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olublar.