Kişi həndbolçuların Azərbaycan kuboku yarışı başa çatıb.
"AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" qarşılaşıblar.
Mingəçevir həndbolçuları fasiləyə 1 xal üstün yollanıblar - 11:10. İkinci hissədə "Bakı" oyunda dönüş yaratmağa çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.
Leyla QURBANOVA
XQ