Formula 1 üzrə 2026-ci il Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb

post-img

Formula 1 üzrə 2026-cı il dünya çempionatının təqvimi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.

Azərbaycan Qran-Prisi sentyabrın 25-27-də təşkil olunacaq.

Mövsümə martın 6-8-də keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 4-6-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.



İdman