19 cüdoçumuz Avropa çempionatında

post-img

Ölkəmiz Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə təmsil olunacaq. Yarış sabah başlayacaq və 4 gün davam edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasakidir. Yeniyetmə qızlardan ibarət yığmaya isə baş məşqçi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

M.HACIXANLI
XQ

 

İdman