Bakıda “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq Festivalı keçirilib. 2 gün davam edən aksiya yerli və xarici iştirakçıların rəngarəng çıxışları ilə yadda qalıb.
Yarışda, ümumilikdə, 900-ə yaxın iştirakçı və 52 komanda təmsil olunub. Müxtəlif yaş qruplarını əhatə edən proqramda zumba, hip-hop, milli rəqslər və “ustad dərsləri” xüsusi maraqla qarşılanıb.
İştirakçılar 2 yaş kateqoriyası - 50 yaşdan aşağı və yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalın rəsmi açılışı iştirakçıların Bakı İdman Sarayından Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyədək möhtəşəm yürüşü ilə start götürüb.
Dünən, festivalın 2-ci günü Qala şou keçirilib. Qaliblər “Ən yaxşı kostyum”, “Ən yaxşı performans”, “Ən yaşlı iştirakçı”, “Ən kiçik iştirakçı” və “Sosial mediada ən fəal iştirakçı” nominasiyaları üzrə mükafatlandırılıblar.
M.HACIXANLI
XQ