Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1312 (Cild I); 2024, № 3, maddə 356, № 10, maddə 1167) ilə təsdiq edilmiş “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.4-cü bəndində hər iki halda “6000000 (altı milyon)” sözləri “1000000 (bir milyon)” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 6 ” “ aprel ” 2026-cı il

№ 92

Nazirlər kabinetinin qərarları