Yelkənli qayıq üzrə reqata başa çatıb

post-img

Sloveniyanın Portoroj şəhərində təşkil edilmiş yelkənli qayıq idman növü üzrə “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışına yekun vurulub. Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) idmançıları da reqatada təmsil olunub. 

Komandamızın üzvlərindən Kamal Bəşirli “Qızıl” qrupda özünün yaş kateqoriyasında uğurlu nəticə əldə edib. Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə “Gümüş” qrupda, Amira Bayramova “Bürünc” qrupda, Amin Cəlilzadə isə “Zümrüd” qrupda mübarizə aparıblar. 

Qabil YUSİFOĞLU
XQ





İdman