Dünya Badminton Federasiyasının "Shuttle Time" proqramı Lənkəranda

post-img

Azərbaycan Badminton Federasiyası(ABF) ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq "BWF Membership Grants" layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən "Shuttle Time" proqramı bu dəfə Lənkəranda təşkil olunub.

ABF-dən XQ-yə verilən məlumata görə, layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir.

Lənkəran Şəhər Olimpiya İdman Kompleksində keçirilən məşqlərə 60 məktəbli qatılıb. Məktəblilərə ilk olaraq badminton idman növünün qaydaları izah olunub, sonra məşqlərə start verilib.

Layihənin tətbiqi cari ildə daha öncə Gəncə və Şirvan şəhərlərində icra olunub.

“Shuttle Time” proqramı Dünya Badminton Federasiyasının, Avropa Badminton Konfederasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, eləcə də Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.







İdman