Akrobatlarımız Dünya Kubokunda 2 gümüş medal qazanıblar

post-img

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş Dünya Kubokunda 2 gümüş medal qazanıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq hərəkətlər proqramında Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29,070 xalla, Daniel Abbasov-Murad Rəfiyev cütlüyü isə 28,730 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.

M.HACIXANLI 
XQ 

İdman