Azərbaycanın 13 boksçusu Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində finala vəsiqə qazanıb.
Boksçularımızdan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq) və Yusif Ağakişiyev (75 kq) qızıl medal uğrunda rinqə çıxacaqlar.
Yarımfinalda məğlub olan Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.
M.HACIXANLI
XQ