Türk rektor AMEA-da

post-img

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin Ərdəhan Universitetinin rektoru, professor Öztürk Emiroğlu ilə görüşüb.

İsa Həbibbəyli görüş zamanı tarixi köklərə söykənən Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin bu gün çoxşaxəli xarakter daşıdığını vurğulayıb. Qeyd edib ki, bu münasibətlər tarixən formalaşmış ortaq dəyərlərə, mədəni bağlılığa, qarşılıqlı etimada əsaslanır və bu gün də bütün sahələr üzrə, xüsusilə elm və təhsil istiqamətində dinamik şəkildə inkişaf edir. Akademik İsa Həbibbəyli bu gün AMEA-nın qardaş ölkənin Elmlər Akademiyası (TÜBA), TÜBİTAK, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu kimi akademik təsisat və bir çox ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

Öz növbəsində çıxış edən Ərdəhan Universitetinin rektoru Öztürk Emiroğlu rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, universitetin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığı genişləndirmək və ortaq elmi layihələrin sayını artırmaqdır.

Q.YUSİFOĞLU
XQ

Son xəbərlər