Xorvatiyanın paytaxtı Zaqrebdə şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.
Finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olublar.
M.HACIXANLI
XQ