“Avropa cüdo ümidləri” Bakıda

post-img

Abşeron Olimpiya İdman Kompleksində “Avropa cüdo ümidləri” turniri və kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb. Beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək. Yarış klublar arasında keçirilir və qazanılan mükafatlar iştirakçı klubların aktivinə yazılacaq.

Texniki sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edirlər.

M.HACIXANLI
XQ

İdman