Misli Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.
“Sumqayıt” səfərdə “Qarabağ”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
Turun bu gün baş tutan açılış matçında “Neftçi” səfərdə “İmişli” ilə qolsuz heç-heçə edib.
XQ