İSSA-nın 14-cü Baş Assambleyası

post-img

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən veriləm məlumata görə, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev və MOK-un vitse-prezidenti Fərid Mansurov iştirak edib.

Əvvəlcə İSSA-nın 42-ci İcraiyyə Şurasının iclası olub. Daha sonra İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb.

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSF-nin İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

XQ

İdman