Soydaşımız beynəlxalq idman qurumunda

post-img

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Danimarkanın Horsens şəhərində keçirilmiş Avropa Badminton Konfederasiyasının (BEC) İllik Ümumi Yığıncağında keçirilən seçkilərin nəticələrinə əsasən, 2026–2030-cu illər üçün təşkilatın İdarə Heyətinin üzvü seçilib.

Seçkilər yüksək rəqabət şəraitində baş tutub – Avropanın müxtəlif ölkələrini təmsil edən 8 namizəd 3 direktor vəzifəsi uğrunda mübarizə aparıb. Səsvermədə təşkilatın 50 üzvündən 47-si iştirak edib. Ziyadovun seçilməsi BEC üzv assosiasiyalarının onun liderlik keyfiyyətlərinə, təcrübəsinə və Avropada badmintonun inkişafına verdiyi töhfələrə olan etimadının göstəricisidir.

Qeyd edək ki, Taleh Ziyadov 2021-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti, 2025-ci ildən isə Badminton Dünya Federasiyasının (BWF) Şura üzvüdür.

Qabil YUSİFOĞLU
XQ

 

İdman