Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tutub. 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bürünc mükafata sahib çıxıb.
Q.Maqomedov Paris 2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdı.
Qadın taekvondoçumuz Minayə Əkbərova (46 kq) isə Oyunların gümüş medalını qazanıb. İdmançımız finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 0:2 hesabı ilə məğlub olub.
Digər taekvondoçularımız Cavad Ağayev bürünc medal uğrunda döyüşdə məğlub olub, Məryəm Məmmədova 1/4 finalda, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
XQ

