Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi beynəlxalq turnirdə qələbə qazanıb.
Yığmamız ilk görüşdə ev sahibi Belarusla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan basketbolçularının xeyrinə başa çatıb – 65:61.
Qeyd edək ki, Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnir dekabrın 7-də başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ

