Azərbaycan Güləş Federasiyasının dəstəyilə yeni güləş zalı istifadəyə verilib.
Zabrat qəsəbəsində yerləşən güləş zalı Yunan-Roma güləşi üzrə dünya üçüncüsü, Avropa ikincisi Taleh Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərəcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bütün zəruri idman avadanlıqları ilə təmin edilmiş, 2 güləş xalçasının yer aldığı, yüksək səviyyəli tərtibatla hazırlanmış, standartlara tam cavab verən güləş zalı eyni vaxtda 50-60 yeniyetmə və gəncin bu idman növü ilə məşğul olmasına imkan verir.
Bakıətrafı kənd və qəsəbələrdə sıx yaşayışın olması bu zalın strateji önəmini artırır. Yunan-Roma güləşi üzrə fəaliyyət göstərəcək güləş mərkəzi bu sahədə kütləviliyə təkan verəcək.
Qeyd edək ki, Güləş Federasiyası mütəmadi olaraq, ölkə ərazisində güləş zallarının fəaliyyətə başlamasına dəstək göstərir və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər bundan sonra da davam etdiriləcək.
Qabil YUSİFOĞLU
XQ

