“Böyük Dəbilqə”: Azərbaycanı Parisdəki turnirdə 8 cüdoçu təmsil edəcək

post-img

Azərbaycanı fevralın 7–8-də Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində təmsil edəcək cüdoçular bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından XQ-yə verilən məlumata görə, nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 idmançımız mübarizə aparacaq.

Turnirdə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) çıxış edəcəklər.

Qeyd edək ki, “Böyük Dəbilqə”də 82 ölkədən 526 cüdoçu qüvvəsini sınayacaq.

İdman