Taekvondo milliləri beynəlxalq yarışlara birgə hazırlaşırlar

post-img

Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə paralimpiya və deflimpiya milli komandalarının birgə təlim-məşq toplanışı keçirilib.

XQ xəbər verir ki, fevralın 26-dan martın 15-dək davam edən məşqlərdə 30-a yaxın idmançı iştirak edib.

Toplanışın keçirilməsində məqsəd qarşılıqlı təcrübə mübadiləsinin aparılması, idmançıların fiziki və texniki hazırlıq səviyyəsinin artırılması, eləcə də qarşıdakı beynəlxalq yarışlara hazırlığın təmin edilməsi olub.

İdman