“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.
AŞF prezidenti Mahir Məmmədov qalib gələn iştirakçıları təbrik edib. O, “Baku Open”in ənənəvi olaraq 2023-cü ildən təşkil olunduğunu xatırladıb:
“Bağlanış mərasimində iştirak edən hər kəsi, o cümlədən fəxri qonaqlarımızı salamlayıram. Bu festival münasibətilə şahmatsevərləri təbrik edirəm. Burada hər yaş qrupundan şahmatçı iştirak etdi. Turnirə rekord sayda iştirakçı qatılmışdı”.
Ardınca son 3 ildə baş tutan “Baku Open” turnirlərində ən yaddaqalan anları özündə birləşdirən videoçarx nümayiş olunub.
Sonra çıxış üçün gənclər və idman naziri Fərid Qayıbov bütün yarış iştirakçılarını təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısını hər zaman hiss edirik. Bu səbəbdən ölkəmizdə keçirilən yarışlar hər zaman yüksək səviyyədə keçir.
Sonda yer turan idmançılar fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.
Qabil YUSİFOĞLU
XQ

