Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatının London şəhərində keçirilən Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin 84-cü sessiyasında ölkəmizi təmsil edib.
XQ xəbər verir ki, tədbirdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak edib.
Sessiyada təşkilata üzv dövlətlərin, BMT-nin müvafiq proqramlarının, ixtisaslaşmış agentlik və qurumların nümayəndələri habelə, dövlətlərarası və qeyri-hökumət təşkilatlarından müşahidəçilər bir araya gəliblər.
Sessiya çərçivəsində havanın çirklənməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, istixana qazları emissiyalarının azaldılması, plastik tullantılarla mübarizə, gəmiçiliklə əlaqədar yaranan sualtı səs şüalanmasının azaldılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin işçi qrupların hesabatları və iş planları müzakirə olunub. Sonda müvafiq qərarlar qəbul edilib.

