Azərbaycanın daha altı təmsilçisi Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə “Zəfər Kuboku”nda medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 2-ci yarış günüdə U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) gümüş medal əldə edib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri daha əvvəl dörd mükafat qazanıblar.
Qabil YUSİFOĞLU
XQ

