Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

post-img

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək.

XQ xəbər verir ki, ilk yarış günündə Azərbaycanın dörd çəki dərəcəsində 7 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər

60 kiloqram, 1/8 final

Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) /Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kiloqram, 1/16 final

Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

Qadınlar

48 kiloqram, 1/16 final

Könül Əliyeva – Amber Gersyes (Niderland)

Şəfəq Həmidova – Erza Muminoviç (Kosovo)

52 kiloqram, 1/16 final

Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 10:00-da, final isə 16:00-da başlayacaq.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.

İdman