Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il martın 1-nə istehlakçılara, ümumilikdə, 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bu barədə məlumatında daha sonra həmin məbləğin 29,6 milyon manatının 2024-cü ilin yanvar-fevral aylarının payına düşdüyü bildirilib. Alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial” portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alınıb.
Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasını stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
XQ

