Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb. Bununla bağlı qurumdan redaksiyamıza bildirilib ki, 2025-ci ilin I yarımilində fondun sərmayə portfelinin 19 milyard 133,2 milyon dollarlıq hissəsini (28,8 faiz) qızıl investisiyaları təşkil edib.
6 ay ərzində ARDNF qızıla olan investisiyalarını 6 milyard 778,6 milyon dollar artırıb. Belə ki, ötən ilin sonunda fonddun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6 faiz) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin II rübündə 15,8 ton qızıl alıb. Belə ki, 2025-ci ilin 1 aprel tarixinə fondun qızıl ehtiyatı 165,3 ton təşkil etdiyi halda bu il iyul 1-nə bu rəqəm 181,1 tona qədər yüksəlib. Ümumilikdə isə ARDNF 2025-ci ilin əvvəlindən indiyə kimi 34,5 ton qızıl alıb.