“SOCAR Türkiyə” alman şirkəti ilə müqavilə imzalayıb

post-img

Almaniyanın “Dräger” şirkəti “SOCAR Türkiyə” ilə əməkdaşlığa başlayır. Bu məqsədlə “Petkim” şirkətinin baş direktoru, “SOCAR Türkiyə”nin neft emalı və neft-kimya biznes istiqamətinin rəhbəri Kənan Mirzəyev və “Dräger Türkiyə” şirkətinin baş direktoru Zafer Kaşıkara arasında 5 il müddətinə strateji saziş imzalanıb.

Almaniya şirkətinin bununla bağlı məlumatında bildirilib ki, müqavilə “SOCAR Türkiyə” strukturuna daxil olan “STAR” Neft Emalı Zavodu ərazisində stasionar qaz detektorlarının texniki xidməti və dəyişdirilməsini nəzərdə tutur. Şirkətdə hesab edirlər ki, “Həyat üçün texnologiyalar” missiyasına sadiq qalaraq sənaye müəssisələrində təhlükəsizlik səviyyəsinin artırılması üçün texnoloji həllərin tətbiqi davam etdiriləcək.

“Bu əməkdaşlıq istehsalat sahələrində dayanıqlı sənaye təhlükəsizliyinin təmin edilməsi, əməliyyat səmərəliliyinin artırılması və uzunmüddətli tərəfdaşlığın inkişafı baxımından mühüm addımdır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya layihəsi hesab olunan “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Müəssisə neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir.

XQ

İqtisadiyyat