Türkmənistanda səhrada göl yaradılır

post-img

Türkmənistan Qaraqum səhrasında drenaj sularının toplanması üçün Altın-Asır gölü yaradır. 

Məlumatı “Kaliber.az” verib. 

Məlumata görə, Türkmənistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Arslan Soltanmuradov bildirib ki, “Səhrada gölün yaradılması bizə kollektor və drenaj sularının toplanmasını genişləndirməyə, drenaj suları ilə dolu otlaqları əkin sahələrinə çevirməyə, suvarma torpaqlarının keyfiyyətini yaxşılaşdırmağa və torpağın şoranlaşması ilə bağlı bir çox məsələləri həll etməyə imkan verir”.

Bundan əlavə, layihə köçəri quşlar üçün əlverişli şərait yaratmalı və balıqçılığın inkişafını təşviq etməlidir.

P.ƏMİRCANOV
XQ

 

Dünya