İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda "Sənaye 4.0 Hazırlıq" Proqramı həyata keçirilir. Nazirliyin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.
Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, daha sonra müəssisələrin spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır. Yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi göstərilir.
Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması kimi üstünlüklər verir. Bu üstünlüklər müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə imkan yaradır.
Proqram çərçivəsində 4SİM tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair qısamüddətli, intensiv təlim (“bootcamp”) keçirilib.
2024-cü ildə "Sənaye 4.0 Hazırlıq" Proqramının pilot mərhələsi çərçivəsində artıq “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin rəqəmsal transformasiya prosesinə dəstək göstərilib.
İstehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər proqramda iştirak edə bilərlər. Bunun üçün fiziki və hüquqi şəxslər industry4.az platformasında qeydiyyat