Çin şirkətlərinin Azərbaycana investisiya qoymaqda maraqlı olmaları ölkəmizin iqtisadi inkişafının əyani təzahürüdür

post-img

Azərbaycan iqtisadiyyatı son illərdə sabitlik və dayanıqlı inkişaf nümayiş etdirir. Ölkədə biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətləri üçün də Azərbaycanın investisiya bazarını cəlbedici edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir və iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından birinə çevrilir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir. Çin şirkətlərinin Azərbaycana investisiya marağının artması iqtisadiyyatın diversifikasiyası, regionda inteqrasiyanın gücləndirilməsi və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar açır.

“ŞƏT plyus” formatında keçirilən görüşlərdə iştirak etmək üçün Çinin Tiencin şəhərinə işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ilə bu ölkənin bir neçə şirkət rəhbərlərinin görüşləri Azərbaycan iqtisadiyyatının beynəlxalq səviyyədə cəlbediciliyinin bariz nümunəsidir və ölkələrimiz arasında əməkdaşlığın strateji əhəmiyyətini, perspektivlərini nümayiş etdirir, həmçinin Çin şirkətlərinin Azərbaycana olan investisiya marağının artdığını və ölkəmizin regionda iqtisadi güc kimi mövqeyinin yüksəldiyini təsdiq edir. Bu şirkətlər transmilli olmaqla yanaşı, qlobal miqyasda fəaliyyət göstərir və böyük investisiya potensialına malikdirlər. Onların müxtəlif sahələrdə — energetika, nəqliyyat, texnologiya, tikinti və digər strateji sektorlarda fəaliyyət göstərməsi Azərbaycanla Çin arasında əməkdaşlığın çoxşaxəli və dinamik olmasını təmin edir.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artması və əməkdaşlıq layihələrinin genişlənməsi Azərbaycan-Çin münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir.

Azərbaycan və Çin arasında əməkdaşlıq yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həmçinin siyasi və strateji səviyyədə də güclü tərəfdaşlıq mövcuddur. Bu əlaqələr “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla yanaşı, Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib. İkitərəfli əlaqələrin inkişafı iki ölkənin strateji maraqlarını və regionda sabitliyi təmin edir.

Dövlət başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşü və bu görüşdə neft-kimya sənayesi, neft emalı və kimyəvi məhsulların istehsalı sahələrində əməkdaşlığın müzakirə olunması, Azərbaycanın iqtisadi və sənaye inkişafı baxımından çoxşaxəli və strateji faydalar vəd edir.

CNCEC dünyada neft-kimya, gübrə və emal sənayesində yüzlərlə meqa layihəni həyata keçirmiş transmilli mühəndislik şirkətidir. Şirkətin Azərbaycana investisiyaya cəlb olunması ən son texnologiyaların ölkəyə gətirilməsinə, mövcud neft-kimya infrastrukturlarının (“SOCAR Polymer”, Sumqayıt Kimya Parkı və s.) modernləşdirilməsinə, yeni istehsal zəncirlərinin qurulmasına, eyni zamanda, Azərbaycanın sənaye strukturunun dərinləşməsinə, neft-kimya sektorunun diversifikasiyasına, ixrac potensialının artmasına, texnologiya və kapital axınına şərait yarada bilər. Bu, Azərbaycanın xammaldan hazır məhsula keçid strategiyasını sürətləndirəcək. İki ölkə arasında əməkdaşlıq Azərbaycanın iqtisadi dayanıqlığını gücləndirən və onu regional sənaye mərkəzinə çevirə biləcək bir addımdır.

Qeyd edək ki, CNCEC Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Okeaniya daxil olmaqla, dünyada çoxsaylı layihələr icra edir. 2022-ci ilədək şirkət 1200 dən çox layihə həyata keçirib, dünyanın 55 ölkəsində fəaliyyət göstərib. 2022-ci ildə CNCEC ümumi podratçılar arasında gəlirə görə dünyada 16 cı, yalnız xarici layihələrdən gəlirə görə isə 20 ci yeri tutub. CNCEC-in 2023-cü ildə dövriyyəsi 179,2 milyard yuan təşkil edib. 2023-cü il şirkətin xalis mənfəətində təqribən 5,43 milyard yuan məbləğində artım qeydə alınıb. “Eulerpool” açıqladığı rəqəmlərə görə, bu il şirkətin dövriyyəsi 202,41 milyard yuan olub ki, bu da ötən ilə nisbətən əhəmiyyətli artım deməkdir.

Prezident İlham Əliyevin “Powerchina Group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşündə müzakirə olunan sahələr yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika, yaşıl hidrogen layihələri, tikinti və avadanlıq istehsalı — Azərbaycan üçün çox strateji və əhəmiyyətli əməkdaşlıq istiqamətləridir. “Powerchina”nın yaşıl enerji üzrə təcrübəsi Azərbaycanda günəş, külək və yaşıl hidrogen layihələrinin reallaşmasına töhfə verə bilər. Bu, ölkənin enerji balansını təmiz enerji mənbələri ilə zənginləşdirəcək, karbon izinin azalmasına yardımçı olacaq. Yaşıl hidrogen kimi innovativ enerji formaları Azərbaycana enerji diversifikasiyası və beynəlxalq ekoloji standartlara uyğunluq imkanı verəcək.

Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlıq çərçivəsində “Powerchina”nın fəaliyyəti iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün əlverişli platformadır. Bu şirkətin layihələri Çin-Azərbaycan ticarət dövriyyəsini və investisiya mübadiləsini daha da gücləndirə bilər.

“Powerchina Group” ilə əməkdaşlıq Azərbaycanın enerji, ekoloji və infrastruktur sahələrində modernləşməni sürətləndirir, davamlı, “yaşıl iqtisadi artımı” dəstəkləyir və yerli sənayenin inkişafına təkan verir. Çin üçün isə strateji bazar və texnologiya ixracı imkanlarını artırır. Bu əməkdaşlıq regionda qarşılıqlı faydalı və uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün vacib addımdır.

Xatırladaq ki, “PowerChina” şirkəti infrastruktur, enerji və hidroenergetika layihələrində qlobal miqyasda mühəndislik və tikinti xidmətləri göstərən nəhəng korporasiyadır. Şirkət, əsasən dünya səviyyəli dövlət mənsubiyyətli mühəndislik-tikinti və investisiya qrupu olaraq, hidroenerji, təmiz və bərpaolunan enerji, infrastruktur, su resursları və ətraf mühit kimi strateji sahələrdə gücünü göstərir. Geniş beynəlxalq şəbəkəsi, çoxsaylı törəmə şirkətləri və yüksək reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol oynayır. 2023-cü ildə gəliri 97 milyard dollar təşkil edən şirkətin fəaliyyəti 130-dan çox ölkə və bölgədə mövcuddur.

Prezidenti İlham Əliyev “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşündə şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu, CCCC-nin Azərbaycanın nəqliyyat və logistika infrastrukturunda mühüm rol oynaya biləcəyinin göstəricisidir. “CCCC”nin Azərbaycandakı perspektivləri limanların inkişafı, şəhər nəqliyyatı, ekoloji layihələr və regional tranzit infrastrukturu sahələri üzrə geniş imkanlar yaratdığını göstərir. Bu, həm “CCCC” üçün yeni bazar fürsəti, həm də Azərbaycana strateji infrastruktur yatırımları baxımdan faydalı əməkdaşlıq imkanları açır.

“Powerchina Group” ilə əməkdaşlıq Azərbaycanın enerji, ekoloji və infrastruktur sahələrində modernləşməni sürətləndirir, davamlı, “yaşıl iqtisadi artımı” dəstəkləyir və yerli sənayenin inkişafına təkan verir. Çin üçün isə strateji bazar və texnologiya ixracı imkanlarını artırır. Bu əməkdaşlıq regionda qarşılıqlı faydalı və uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün vacib addımdır.

Xatırladaq ki, “PowerChina” şirkəti infrastruktur, enerji və hidroenergetika layihələrində qlobal miqyasda mühəndislik və tikinti xidmətləri göstərən nəhəng korporasiyadır. Şirkət, əsasən dünya səviyyəli dövlət mənsubiyyətli mühəndislik-tikinti və investisiya qrupu olaraq, hidroenerji, təmiz və bərpaolunan enerji, infrastruktur, su resursları və ətraf mühit kimi strateji sahələrdə gücünü göstərir. Geniş beynəlxalq şəbəkəsi, çoxsaylı törəmə şirkətləri və yüksək reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol oynayır. 2023-cü ildə gəliri 97 milyard dollar təşkil edən şirkətin fəaliyyəti 130-dan çox ölkə və bölgədə mövcuddur.

Prezidenti İlham Əliyev “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşündə şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu, CCCC-nin Azərbaycanın nəqliyyat və logistika infrastrukturunda mühüm rol oynaya biləcəyinin göstəricisidir. “CCCC”nin Azərbaycandakı perspektivləri limanların inkişafı, şəhər nəqliyyatı, ekoloji layihələr və regional tranzit infrastrukturu sahələri üzrə geniş imkanlar yaratdığını göstərir. Bu, həm “CCCC” üçün yeni bazar fürsəti, həm də Azərbaycana strateji infrastruktur yatırımları baxımdan faydalı əməkdaşlıq imkanları açır.

Qeyd edək ki, “CCCC” həm də dünya miqyasında “Belt and Road Initiative” (BRI) layihələrinin əsas icraçılarındandır. 2024-cü ildə şirkətin ümumi dövriyyəsi 768,2 milyard yuan təşkil edib ki, bu da 2023 ə nisbətən 1,7 faiz artım deməkdir. Şirkət 150-yə yaxın ölkəyə məhsul və xidmət təqdim edir.

Azərbaycan Respublikası Prezidentinin “China Electronics Technology Group Corporation” (CETC) korporasiyasının baş direktoru Cu Pen ilə görüşündə isə rəqəmsal texnologiyalar, idarəetmə sistemlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyat, milli şəbəkə təhlükəsizliyi, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlığın müzakirəsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən perspektivləri özündə ehtiva edir. CETC ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirəcək, milli idarəetmə sistemlərinin səmərəliliyini artıracaq, kibertəhlükəsizliyi təmin edəcək, rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək. Bu, eyni zamanda Çin üçün yeni bazarlar və beynəlxalq nüfuzun artması deməkdir.

İki ölkə arasında əməkdaşlıq Çin və Azərbaycanın rəqəmsal dövrün çağırışlarına cavab verməsi və qarşılıqlı faydalı strateji tərəfdaşlıq qurması üçün mühüm addımdır. CETC üçün Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrlə rəqəmsal əməkdaşlıq imkanlarını genişləndirmək, texnologiyalarını beynəlxalq səviyyədə tətbiq etmək böyük önəm daşıyır. Bu, Çin rəqəmsal texnologiyalarının dünya bazarlarında nüfuzunu artırmaq və qabaqcıl məhsullarını göstərmək üçün fürsətdir.

Qeyd edək ki, şirkətin 2023-cü ilin məlumatına əsasən, illik gəliri təxminən 500 milyard yuandır. İllik gəlirin təxminən 10 faizdən çoxu (50 milyard yuan) tədqiqat və inkişaf işlərinə sərf olunur. Şirkətin 40-dan çox ixtisaslaşmış tədqiqat müəssisəsi və texnoloji mərkəzi var. 30-dan çox ölkədə rəqəmsal transformasiya və kibertəhlükəsizlik layihələri həyata keçirir. İllik təxminən 3000-4000 yeni patent alır ki, bu da CETC-in Çin elektronik və rəqəmsal texnologiyalar sahəsində liderlərdən biri olduğunu göstərir.

Prezident İlham Əliyevin “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşü iki ölkə arasında enerji və ekoloji sahələrdə əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlıqda Azərbaycan enerji sektorunda bərpaolunan enerji və ekoloji layihələr vasitəsilə davamlı inkişafını sürətləndirəcək, su resurslarının idarəolunmasında müasir texnologiyalara yiyələnəcək. Çin isə bu əməkdaşlıqla regionda strateji bazarını genişləndirəcək, texnologiya ixracını artıracaq və “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyəcək. Bu qarşılıqlı faydalı əməkdaşlıq həm iqtisadi, həm də ekoloji sferada yeni imkanlar yaradır. “Energy China”nın təcrübəsi Azərbaycanda ekoloji və enerji infrastrukturlarının yenilənməsində, yeni iş yerlərinin yaradılmasında və investisiyaların cəlb olunmasında mühüm rol oynayacaq. “Energy China” həm ənənəvi, həm də bərpaolunan enerji sahələrində qlobal liderdir və Azərbaycan kimi tərəfdaş ölkələrdə enerji infrastrukturlarının modernləşdirilməsində mühüm rol oynayır. Şirkətin güclü maliyyə resursları və geniş beynəlxalq təcrübəsi onun regionda davamlı və ekoloji təmiz layihələr həyata keçirməsinə zəmin yaradır.

Şirkətin 2023-cü ilin sonuna əsasən illik gəliri təxminən 857 milyard yuandan çox, ümumi aktivləri təxminən 2 trilyon yuan təşkil edir. Şirkət 100-dən çox ölkədə 1500-dən artıq enerji və infrastruktur layihələri həyata keçirir. İllik təxminən 142 milyard yuan dəyərində yeni layihələrə sərmayə qoyur. Bərpaolunan enerji layihələrinin payı ümumi gəlirin 30 faizdən çoxu yaşıl enerji sektorundan gəlir. Su resurslarının idarə olunması və tullantıların təmizlənməsi layihələri əsas inkişaf prioritetlərindən biri olub, bu sahəyə ayrılan investisiya illik 3 milyard dollar səviyyəsindədir.

Dövlətimizin başçısının “Sichuan Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşü Azərbaycan-Çin strateji tərəfdaşlığının enerji sektorunda yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ələt Azad İqtisadi Zonasında müasir texnoloji standartlara cavab verən günəş panelləri istehsal müəssisəsinin yaradılması həm iqtisadi, həm də texnoloji baxımdan böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycan üçün enerji sektorunda dayanıqlı və ekoloji təmiz istehsalın inkişafını sürətləndirəcək, ixrac yönümlü istehsalın təşviqi ilə iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, regionda bərpaolunan enerji sənayesində liderlik mövqeyini gücləndirəcək.

Çin üçün isə Azərbaycanın əlverişli investisiya mühiti və strateji mövqeyindən istifadə edərək, yüksək texnologiyalı məhsulların dünya bazarlarına ixracını artırmaq imkanı yaranacaq. Çin şirkətləri regionda öz mövcudluğunu genişləndirərək beynəlxalq rəqabətdə üstünlük qazanacaqlar.

Ölkələrimiz arasında əməkdaşlıq, həm iqtisadi inkişaf, həm də strateji tərəfdaşlıq baxımından hər iki ölkə üçün qarşılıqlı faydalı və uzunmüddətli perspektivlər vəd edir. Azərbaycanın yaşıl enerji sahəsində texnoloji tərəqqisi Çin investisiyalarının dəstəyi ilə daha da sürətlənəcək, iki ölkənin strateji əlaqələri möhkəmlənəcək.

Qeyd edək ki, “Sichuan Sunsync Photovoltaic Technology Co” Çinin Sichuan əyalətində yerləşən qabaqcıl günəş enerjisi texnologiyaları şirkətidir. Əsasən günəş panellərinin istehsalı və günəş enerjisi sistemlərinin layihələndirilməsi üzrə ixtisaslaşan şirkətin illik istehsal gücü 1 giqavatdan çox fotovoltaik modul istehsal edir. Şirkət Çin daxilində və Asiya, Avropa və Şimali Amerika bazarlarında fəaliyyət göstərir.

Bu şirkətlərin Azərbaycana investisiya yatırmaq üçün maraq göstərməsi ölkəmizin beynəlxalq iqtisadi məkanda öz mövqeyini möhkəmləndirməsi və Çin ilə əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çin şirkətlərinin transmilli təcrübəsi və investisiya potensialı Azərbaycanın inkişafına töhfə verərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə daşıyacaq.













İqtisadiyyat