“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

post-img

“AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2025”də iştirak edir.

XQ xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən və iki gündür davam edən sammitdə “AzInTelecom” nümayəndə heyəti yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirir, potensial tərəfdaşlıqlar müzakirə edilir.

Bundan başqa, sammitin sərgi ərazisində “AzInTelecom”un interaktiv stendi fəaliyyət göstərir. Stenddə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilir, ziyarətçilər stenddə təşkil olunmuş rəqəmsal çarx oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanırlar.

Qeyd edək ki, hər il təşkil olunan “INMerge” Sammiti regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı texnologiya təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında birləşdirməkdir. Builki sammitdə “Netflix”, “OpenAI”, NVIDIA kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçi bir araya gəlib.

İqtisadiyyat