Növbəti depozit hərracı keçirilib

post-img

Oktyabrın 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

XQ xəbər verir ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 1.190,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İqtisadiyyat