Qara dəniz və Aralıq dənizində neft axtarışı

post-img

Türkiyənin TPAO milli neft şirkəti və "ESSO Exploration International Limited" ("ExxonMobil"in törəmə strukturu) neft-qaz sektorunda Anlaşma Memorandumu imzalayıb. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Sənəd Qara dəniz və Aralıq dənizində yeni kəşfiyyat ərazilərini, tərəflərin birgə müəyyən edəcəkləri digər potensial beynəlxalq sahələri əhatə edir.

Alparslan Bayraktar qeyd edib ki, dərin sularda kəşfiyyat və qazma sahəsində texniki imkanları "ExxonMobil"in beynəlxalq təcrübəsi ilə birləşdirərək işlərin səmərəliliyini artırmaq, eləcə də yeni kəşflər üçün şərait yaratmaq niyyətindəyik. Beynəlxalq əməkdaşlıq hesabına imkanlarımızı gücləndiririk və regionumuzun enerji mərkəzinə çevrilməsi istiqamətində irəliləyirik.

XQ

İqtisadiyyat