“Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib

post-img

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.

 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Hüquq və kadr məsələləri şöbəsinin  müdiri Elmin Fərəcov çıxış edərək təşkil olunan mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirib ki, kibercinayətkarlıq - qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə, böyük ictimai-siyasi təsirlərə malikdir. Buna görə də kibercinayətkarlığa qarşı ölkəmizdə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır. 

Tədbirdə həmçinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla Mübarizə bölməsinin əməkdaşı Əli Qasımlı, Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Səbuhi HƏSƏNOV

XQ



Son xəbərlər