AMEA-nın Şəki Regional Elm Mərkəzi Şin kəndindən 7-8 kilometr şimal-şərqdə, Birkaş dərəsində, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən yeni şəlalə qeydə alıb.
Hündürlüyü 18, eni 1 metr olan şəlalənin ətrafı boz qayalıq olduğu üçün şəlaləyə “Boz qaya” adı verilib.
Mərkəzin ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev vurğulayıb ki, şəlaləyə gedən yol çay yatağı boyu yarğanvari dərədən keçir, ətraf isə sıx meşə ilə əhatə olunub.
XQ