Keniya Prokurorluğunun direktoru Azərbaycan səfirliyində

post-img

Keniya Dövlət Prokurorluğunun direktoru Renson İnqonqanın dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iyunun 8-də həmkarı ilə birgə Azərbaycan səfirliyini ziyarət edib.

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev səfirliyin yaranma tarixindən, ötən 20 il ərzində Azərbaycan-Keniya əlaqələrinin inkişaf dinamikasından bəhs edib.

Kamran Əliyev qonaqlara ölkəmizin tarixi, zəngin mədəniyyəti, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və xilaskarlıq missiyası barədə məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı uğurları diqqətə çatdırıb.

Renson Mulele İnqonqa azərbaycanlı həmkarının dəvəti ilə ötən il ölkəmizə etdiyi işgüzar səfərləri xatırlayıb və hazırkı səfərin Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələrinə mühüm töhfə olduğunu vurğulayıb.

XQ

Son xəbərlər