Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.
Bildirilib ki, sentyabrın 6-da açılış mərasimi keçirilən tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri yer alıb.
Forum çərçivəsində MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua arasında imzalanmış “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.
XQ